Yanvar-sentyabr aylarında DSMF 1 milyon 129 min şəxsə 1 milyard 692 milyon manat müavinət və təqaüd ödəyib
21 OKTYABR 2026

9 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-sentyabr aylarında 1 milyon 129 min şəxsə 1 milyard 692 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Onlardan:

  •  521 min nəfərə müavinət olaraq 951 milyon manat,
  •  408 min nəfərə Prezident təqaüdü olaraq 609 milyon manat,
  •  200 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 132 milyon manat

ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 10 faiz, təqaüdlər üzrə 11 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 4 faiz çox olub.

Bu ilin 9 ayında daha 110 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 990 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.