- Sosial yardım almaq hüququna baxılması zamanı ailənin tərkibi, əmlakı və gəliri haqqında düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda sosial yardımın verilməsi dayandırılır və həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.
-
Vətəndaşlar tərəfindən "Ərizə-bəyannamə" doldurulan zaman ailə tərkibinin, faktiki yaşayış ünvanının düzgün göstərilməsinə, ailənin bütün növ gəlirləri və əmlakının dəqiq bəyan edilməsinə, torpaq pay mülkiyyəti olduqda bu barədə mütləq şəkildə məlumat verilməsinə və sığortaedənin uçot nömrəsinin (SUN) göstərilməsinə, yaşayış ünvanına aid təbii qaz, elektrik və su abonent nömrələrinin, həmçinin stasionar və mobil telefon nömrələrinin düzgün bəyan edilməsinə diqqət edilməlidir.
Burada ehtiyac meyarı dedikdə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd başa düşülür.
Qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər ünvanlı dövlət sosial yardımı məqsədləri üçün ailə kimi qəbul edilir.
Sosial yardımın əsas prinsipləri aşağıdakılardır:
- ünvanlılıq;
- ədalətlilik;
- bərabərlik.
Ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərin toplusu sosial yardım hesablanarkən ailə gəlirləri kimi nəzərə alınır.
[chartId350,chartId306,chartId338]
*Ünvanlı dövlət sosial yardımına müraciət et:
VEMTAS