ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Sığortaolunanların onlayn uçota alınması

İlk dəfə əmək fəaliyyətinə başlayan şəxsə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıraq həmin vətəndaş sığortaçıda uçota alınır.

Sığortaolunanların sığortaçıda avtomatlaşdırılmış qaydada uçota alınması "Əmək müqaviləsi bildirişi" altsistemi vasitəsilə həyata keçirilir. İlk dəfə əmək müqaviləsi bağlandığı vaxt avtomatlaşdırılmış qaydada vətəndaşa fərdi şəxsi hesab açılır. Həmin şəxs fərdi uçot sistemində uçota alınmış hesab edilir.

Haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlərin, hərbi və xüsusi rütbəli şəxslərin və mülki-hüquqi xarakterli müqavilə ilə işləyənlərin uçota alınması onların sığortaedənlərinin müraciəti əsasında aparılır. 

Öz-özünü sığortaedənlər və "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən" şəxslər (onların ailə üzvləri) Dövlət Vergi Xidmətinin təqdim etdiyi uçot məlumatları əsasında sığortaçı tərəfindən sığortaedənin müraciəti olmadan sosial sığorta nömrəsi verilməklə avtomatlaşdırılmış qaydada uçota alınırlar.

Daxil ol