Uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinət barədə məlumat

Uşaq doğulduqda ailəyə ödənilən birdəfəlik müavinət uşağın anadan olmasına görə birdəfəlik müavinət adlanır. Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir.

31 dekabr 2020-ci il tarixindən sonra doğulan uşaqlara görə məcburi dövlət sosial sığorta haqları hesabına (işləyən şəxslərə) uşağın anadan olmasına görə birdəfəlik müavinət proaktiv qaydada, yəni heç bir orqana müraciət etmədən təyin olunur. 1 yanvar 2021-ci il tarixindən əvvəl doğulmuş uşaqlar üçün müavinətin alınması üçün iş yeri tərəfindən sənədlər rəsmiləşdirilərək, Fondun yerli qurumuna elektron qaydada təqdim edilir. Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 1 yanvar 2023-cü il tarixindən 500 manat müəyyən edilmişdir.

Daxil ol