Müavinət xəstəlik vərəqəsinə əsasən təyin edilir.
Başqa sənədlər müavinətin verilməsi üçün əsas sayıla bilməz.
Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata əsasən verilə bilər.
Bütün hallarda müavinət qazancın 100 faizi miqdarında ödənilir.
Hamiləliyə və doğuma görə müavinət ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
Bu müavinətin aylıq məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
Uşaq ölü doğulduqda hamiləliyə və doğuma görə müavinət ödənilir.