Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinət verilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.13-cü bəndinə əsasən, dövlət qulluqçularına ömürlük, yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə müavinətlərdən biri təyin edilmiş şəxs və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə dəfn üçün müavinət ödənilir.
Sığortaolunanlar və sosial müavinət alan şəxslər üçün dəfn üçün birdəfəlik müavinətin məbləği 500 manat təşkil edir. Vəfat edən şəxs əmək pensiyaçısı olduqda isə əmək pensiyasının minimum məbləğinin 3 misli miqdarında - 960 manat məbləğində müavinət verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.