Valideyn himayəsindən məhrum olmuş uşaqlar – bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan və ya hər iki valideyni aşağıda qeyd edilən kateqoriyaların hər hansı birinə aid olan 18 yaşınadək şəxslər:
• vəfat etmiş;
• məlum olmayan;
• məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
• məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilən;
• məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən;
• cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
• uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
• uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən;
• valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslər – valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər hesab edilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali, orta ixtisas və peşə təhsili müəssisələrində, təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin edilir və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 50 manat müavinət verilir.




