Müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
Müavinət hər doğulan uşağa görə verilir.
Ailədə hər iki valideyn işləmədikdə və ya rəsmi gəlirləri olmadıqda uşağın anadan olmasına görə dövlət tətəfindən sosial yardım məqsədi ilə 500 manat məbləğində birdəfəlik müavinət verilir.
Hazırda bu müavinət proaktiv qaydada-şəxsin hüququ yarananda onun müraciət etməsini gözləmədən təyin olunur və bu barədə istifadə etdiyi mobil telefonuna bildiriş göndərilir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir.
Uşaq ölü doğulduqda müavinət verilmir.
[chartId107]
Müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
Müavinət hər doğulan uşağa görə verilir.