Əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır.
Əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.
Şəxsin radiasiya qəzası nəticəsində əlilliyi müəyyən edildikdə və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək övladlarının qəza nəticəsində əlilliyi müəyyən olunduqda müavinət təyin edilir.




