Sosial adaptasiyanın müddəti bir ildir. Müstəsna hallarda bu müddət daha bir ilədək uzadıla bilər.
Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır.
Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən sosial yardım məqsədilə minimum aylıq əməkhaqqının dörd misli məbləğində (1380 manat) birdəfəlik müavinəti verilir.
Bu müavinət cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin pentensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən 3 ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış vətəndaşlara şamil olunur.