Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filial

Direktor

Hüseynov Kənan Vaqif oğlu

Elektron poçt ünvanı:

kanan.v.huseynov@sosial.gov.az

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Dəlidağ küçəsi, giriş 12
Elekron poçt ünvanı: mmmf_dsmf@sosial.gov.az

 

 

Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filial Fondun Aparatı istisna olmaqla bütün mərkəzi və regional filialların mühasibat uçotunu mərkəzləşmiş qaydada təşkil edən, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təyin edilən, yenidən hesablanmış və bir növdən başqa növə keçirilmiş ümumi əsaslarla əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalar, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin müəyyən edilmiş qrafik üzrə vaxtında ödənilməsini mərkəzləşmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumdur. Filialın fəaliyyət istiqamətləri sosial ödənişlərin icrasını təmin etmək, cari nəzarəti həyata keçirmək, mərkəzi və regional filialların saxlanması ilə bağlı xərclərin ödənişini təmin etmək, nəzarəti həyata keçirmək, Nazirliyin və ya Fondun göstərişləri əsasında sosial ödənişlərin icrası sahəsində digər tədbirləri həyata keçirməkdir.