İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filial

Direktor

Mirzəyev Əlipaşa Rauf oğlu

Elektron poçt ünvanı:

alipasha.mirzayev@sosial.gov.az

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 201, məhəllə 3158

Elekron poçt ü nvanı: dsmf_ismmf@sosial.gov.az

  

 

İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filial qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, habelə dövlət icbari şəxsi sığortası sahəsində fəaliyyət göstərir.

Filialın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

  • “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanların uçotunun aparılması və sığorta ödənişlərinin həyata keçirilməsinin təmin edilməsi;
  • 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada birdəfəlik ödəmələrin verilməsinin təmin edilməsi;
  • dövlət icbari şəxsi sığortası sahəsində sığortalılar tərəfindən təqdim edilmiş məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunun aparılması;
  • sığortalılar tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarətin həyata keçirilməsi;
  • dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətlərdə verilməsinin təmin edilməsi;
  • sığorta ehtiyatlarının yaradılması və artırılması;
  • dövlət icbari şəxsi sığortası sahəsində qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.