Zərdab rayonunda ictimai dinləmələr keçiriləcək
05 iyun 2023
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 9 iyun 2023-cü il tarixində saat 15:00-da Zərdab rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə ünvanlı dövlət sosial yardımına dair dinləmələr keçiriləcək.
İctimai dinləmələrdə iştirak etmək istəyirsinizsə, DSMF-nin Zərdab rayonundakı qəbul şöbəsinə, Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib və ya (012) 432-02-30 telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz.
Digər