Yanvar-mart aylarında 65 756 pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada həyata keçirilib
11 APREL 2025

2025-ci ilin yanvar-mart ayları ərzində 65 756 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Onlardan 13 273-ü pensiya, 52 483-ü müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.