Yeni tədris ili münasibətilə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub
14 SENTYABR 2026
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həyata keçirdiyi növbəti layihə çərçivəsində yeni tədris ilində birinci sinfə qədəm qoyacaq şəhid övladlarına məktəb ləvazimatları və çantalar təqdim edilib.
Layihə çərçivəsində Bakı şəhərində yaşayan birinci sinif şagirdləri üçün tədbir təşkil olunub. Tədbir iştirakçıları üçün nahar süfrəsi açılıb, animatorların iştirakı ilə əyləncəli proqram təqdim edilib.
Ölkənin müxtəlif bölgələrində yaşayan şəhid övladları üçün nəzərdə tutulmuş çantalar isə DSMF tərəfindən onların ünvanlarına çatdırılıb.
Qeyd edək ki, layihə DSMF ilə “McDonald’s Azərbaycan”ın uzunmüddətli əməkdaşlığı çərçivəsində artıq 3 ildir həyata keçirilir və bu il 194 şəhid övladını əhatə edib.
Digər







