Cari ilin 5 ayı ərzində 111 400 pensiya müavinət və təqaüd təyinatı proaktiv qaydada həyata keçirilib
25 İYUN 2025

2025-ci ilin yanvar-may ayları ərzində 111 400 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Onlardan 21 170-i  pensiya, 90 230-u müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.