Yanvar-mart aylarında sığortaedənlərin sayı 23 747 vahid artıb
30 APREL 2025


2025-ci ilin yanvar-mart aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 23 747 vahid və ya 1,12% artaraq 2 138 663 vahid təşkil edib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 4 165, fiziki şəxslər üzrə 18 380, torpaq mülkiyyətçiləri üzrə isə 1 202 vahid artıb.