ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

450 000 nəfərə müavinət, 373 000 nəfərə aylıq təqaüd ödənilib
18 iyul 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-iyun aylarında 450 min nəfərə sosial müavinət, 373  min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 493 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 320 mln. manat ödənilib.

Son 6 ayda 68 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 497 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.