Yanvar-iyun aylarında 246 277 vətəndaş müraciəti qeydə alınıb
10 İYUL 2025

2025-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət  istiqamətləri üzrə ümumilikdə 246 277 vətəndaş müraciəti qeydə alınıb.

Müraciətlərdən 100 847-si pensiya, 61 164-ü müavinət, 8 936-sı Prezident təqaüdü, 48 574-i  ünvanlı dövlət sosial yardımı, 6 163-ü fərdi uçot və sosial sığorta, 1 042-si dövlət icbari şəxsi sığorta və 19 551-i isə digər istiqamətlərlə bağlı olub.