Yanvar- dekabr ayları ərzində 96 035 elektron arayış alınıb
08 yanvar 2025
2024-cü ilin yanvar- dekabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 96 035 elektron arayış alınıb.
Bu arayışların 29 391-i pensiya, 42 219-u müavinət və təqaüd, 12 446-sı fərdi şəxsi hesab, 2 987-si ünvanlı dövlət sosial yardımı, 1 342-si torpaq pay mülkiyyətçisi, 2 035-i sosial sığorta şəhadətnamə nömrəsi, 1 800-ü şəhid ailəsi üzvü, 785-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 447-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 526-sı əlilliyi olan şəxslərə qulluq, 57-si Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.