Yanvar-aprel aylarında 43 155 elektron arayış alınıb
08 MAY 2025

2025-ci ilin yanvar-aprel ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 43 155 elektron arayış alınıb.

Bu arayışların 13 185-i pensiya, 14 815-i müavinət və təqaüd, 10 504-ü fərdi şəxsi hesab, 1 992-si ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 427-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 883-ü sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 334-ü əlilliyi olan şəxslərə qulluq ilə bağlı olub.