ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Xidmətlərin göstərilməsi zamanı istifadə rahatlığından yararlanma – çıxışdan kənar imkanlar” mövzusunda vebinar keçirilib
21 noyabr 2024

Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) və Birləşmiş Millətlər Təşkilatı Universitetinin Siyasət əsaslı elektron idarəetmə üzrə əməliyyat şöbəsinin (UNU-EGOV) təşkilatçılığı ilə “Xidmətlərin göstərilməsi zamanı istifadə rahatlığından yararlanma – çıxışdan kənar imkanlar” mövzusunda vebinar keçirilib. 
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda istifadəyə yararlılıq və onu təmin etmək üçün mövcud olan milli standartlar, sosial təminat qurumlarının bütün vətəndaşlar üçün istifadə edilə bilən xidmətlərin yaradılmasına girişini təmin etməklə inkişafı perspektivləri müzakirə olunub.  
Vebinarda həmçinin sosial təminat sistemində rəqəmsal xidmətlərin istifadəyə yararlılığını ölçmək, eləcə də yaxşılaşdırmaq üçün praktik çərçivələr və qiymətləndirmə meyarları, rəqəmsal platformalar üzərindən müxtəlif əhali qruplarına xidmət göstərmə təcrübələrindən alınan dərslər ətrafında fikir mübadiləsi aparılıb.