“Xidmət keyfiyyətinin artırılması üçün süni zəka ilə gücləndirilmiş ünsiyyət” mövzusunda vebinar keçirilib
29 İYUL 2025

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Xidmət keyfiyyətinin artırılması üçün süni zəka ilə gücləndirilmiş ünsiyyət” mövzusunda vebinar keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda ictimaiyyətlə ünsiyyətin gücləndirilməsi baxımından səmərəliliyi sübut olunmuş xüsusi süni zəka texnologiyaları və imkanları, düzgün yanaşma tətbiq edilmədiyi halda qarşıya çıxa biləcək çətinliklər müzakirə olunub. 
Eləcə də üzvlərin etimadını və məmnuniyyətini müdafiə edərkən insanla birbaşa təmas nöqtələrini yaxşılaşdırmaq üçün aparıcı sosial təminat qurumlarının avtomatlaşdırılmış süni zəka əsaslı ünsiyyəti necə balanslaşdırdığı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.