Layihənin əsas məqsədi yaşlı nəslin sağlamlıq vəziyyətinə diqqəti artırmaq, görmə problemlərinin vaxtında aşkar olunması və qarşısının alınması üçün profilaktik dəstək göstərməkdir.
Müayinələr zamanı vətəndaşların göz sağlamlığı peşəkar oftalmoloq Dr. Dilarə İdrisova tərəfindən yoxlanılıb, tibbi tövsiyələr verilib.
Bu təşəbbüs sosial müdafiəyə ehtiyacı olan yaşlı vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsini, onların göz sağlamlığı ilə bağlı maarifləndirilməsini və erkən tibbi müdaxilə imkanlarının artırılmasını hədəfləyir.
Gələcəkdə də bu cür sosialyönümlü layihələr davam etdiriləcək, cəmiyyətin həssas təbəqələrinin rifahına dəstək prioritet istiqamət olaraq qalacaq.
Layihə Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə “Referans” Xaçmaz Tibb Mərkəzi ilə ortaq reallaşdırılıb.







