ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF sədri vətəndaş qəbulunu davam etdirir
15 mart 2024

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov regionlarda vətəndaş qəbulunu davam etdirir. 
DSMF sədri bu dəfə Qobustan rayonunda Şamaxı və Qobustandan olan sakinləri qəbul edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib.  
Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub. 
Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.