Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının övladları üçün Novruz bayramı tədbiri keçirilib
18 MART 2025
















Tədbirdə 4-12 yaş aralığında 40-dan çox uşaq iştirak edib.
Uşaqlar əvvəlcə nahar edib, sonra "Hello Park" və "Kid City" əyləncə mərkəzlərində maraqlı zaman keçiriblər. Tədbir iştirakçıları müxtəlif oyunlar oynayaraq, əsl bayram sevinci yaşayıblar.
Daha sonra onlara təfəkkür və təxəyyülü inkişaf etdirən hədiyyələr, intellektual oyunlar təqdim olunub.
Qeyd edək ki, tədbir “McDonald’s” Azərbaycan şirkəti ilə DSMF arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.
Bu memorandum korporativ sosial məsuliyyət layihələrinin icrasına dəstək verir, Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının övladlarını əhatə edən bir sıra birgə təşəbbüslər reallaşdırmağa imkan yaradır.
Digər