Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin olimpiadalarda qalib olmuş övladları üçün yay düşərgəsi təşkil edilib.
CAMPHOOD Bilgəh istirahət mərkəzində təşkil olunmuş düşərgənin məqsədi uşaqların fiziki və zehni inkişafını dəstəkləmək, sosial inteqrasiyasını gücləndirməkdir.
Proqramda müxtəlif təlimlər, intellektual və fiziki fəaliyyətlər, yaradıcılıq və komanda oyunları yer alıb.
Valideynlər üçün psixoloji və sosial rifahı dəstəkləyən seminarlar, motivasiya təlimləri və psixoloji dəstək sessiyaları təşkil olunub.
Ekskursiyalar vasitəsilə onların sosial mühitə inteqrasiyası da təmin edilib. Bu tədbirlər valideynlərin uşaqları ilə birgə düşərgə prosesində tam iştirakına və ümumi rifah halının yaxşılaşmasına xidmət edib.
Düşərgə Dövlət Sosial Müdafiə Fondu və "McDonald’s" Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.







