Uşaq Atletikası Günü münasibətilə marafon yarışı təşkil olunub
06 MAY 2025

Dənizkənarı Milli Parkda Uşaq Atletikası Günü münasibətilə “Kids RunFest” çərçivəsində uşaq və yeniyetmələr arasında müxtəlif məsafələrə qaçış üzrə yarış keçirilib. Yarışa 8-13 yaşlarında 200-ə yaxın uşaq qoşulub. 

Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə yarışda şəhid ailələrinin və müharibə iştirakçılarının 50-yə yaxın övladı da iştirak edib. 

Yarış "World Athletics"in dəstəyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, "Zəfər" Qaçış Klubu və "CAMPHOOD"un təşkilatçılığı ilə reallaşdırılıb.

Yarışdan əvvəl iştirakçılara qaydalar, marşrut xəritəsi və tədbirin proqramı ətraflı izah olunub, marafona psixoloji və fiziki baxımdan hazırlanmaları üçün müvafiq istiqamətləndirici təlimatlar verilib.

Sonda müxtəlif yaş qrupları üzrə qaliblər mükafatlandırılıb, bütün iştirakçılara təşəkkürnamələr təqdim edilib.