“Sosial Dəstək - Mənim Qış Tətilim” layihəsi həyata keçirilib
07 FEVRAL 2025




Dövlət Sosial Müdafiə Fondu "Master klass Azərbaycan" və "Park Cinema" (Metro Park) ilə birgə şəhid və müharibə iştirakçılarının övladları üçün “Sosial Dəstək - Mənim Qış Tətilim” layihəsini təşkil edib.
Layihənin məqsədi uşaqlara qış tətili dövründə əyləncəli və yaddaqalan anlar yaşatmaq olub. Tədbirdə 6-13 yaş arası 40-dan çox uşaq iştirak edib. Onlar "MOOD Group" MMC restoranlar şəbəkəsinin hazırladığı yeməklərlə nahar edib, animator şoularına qoşulub, master-klass və interaktiv oyunlarla əyləniblər. Tədbirin sonunda isə uşaqlar "Park Cinema"da (Metro Park) nümayiş olunan cizgi filmlərini izləyiblər, onlara xüsusi hədiyyələr təqdim olunub.