Sığortaedənlərin sayı 4,49% artıb
15 NOYABR 2024


2024-cü ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 90 128 vahid və ya 4,49% artaraq 2 099 537 vahid təşkil edib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 14 835, fiziki şəxslər üzrə 66 117, torpaq mülkiyyətçiləri üzrə isə 9 176 vahid artıb.