Şəhidlərin və müharibə veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib
26 APREL 2025
















Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 2025-ci il - "Konstitusiya və Suverenlik İli" çərçivəsində Vətən müharibəsi şəhidlərinin və veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
“Gələcəyin yaşıl izi” adlı tədbir çərçivəsində bu məqsədlə ayrılmış ərazidə 100-ə yaxın ağac əkilib.
Məqsəd Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının övladlarının iştirakı ilə qəhrəmanlarımızın əziz xatirəsini anmaq, gənc nəslin yaddaşında tarixi Zəfərimizi əbədiləşdirmək, gəncləri təbiətin mühafizəsinə təşviq etməkdir.