ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid övladları DSMF-nin Qəbul Mərkəzində
18 oktyabr 2024

Vətən müharibəsinin dördüncü ildönümü ilə əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbul Mərkəzində Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin övladları vətəndaşlara bir neçə saatlıq xidmət göstəriblər.
DSMF-nin uğurla reallaşdırılan növbəti layihəsində 14-15 yaş aralığında şəhid övladları iştirak ediblər. Onlar Qəbul Mərkəzində iş prosesi ilə tanış olub, Fondun fəaliyyət istiqamətləri ilə bağlı qəbula gələn vətəndaşların müraciətlərini qeydə alıblar. Vətəndaşlar tərəfindən şəhid övladlarının onları qəbul etməsi maraqla qarşılanıb.   
DSMF-nin sədr müavini Səfər Mehdiyev şəhid övladlarına layihədə iştirak etdiklərinə görə təşəkkürünü bildirib. O, şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin daim diqqətdə saxlanılmasından və həyata keçirilən sosial dəstək tədbirlərindən danışıb.
Sonda uşaqlar təşəkkürnamə ilə təltif olunublar.