DSMF Saatlıda ictimai dinləmə keçirəcək
15 OKTYABR 2024
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 25 oktyabr 2024-cü il tarixində saat 15:00-da Saatlı rayonunda Sabirabad və Saatlıdan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Saatlı və Sabirabad rayonlarında yerləşən qəbul şöbələrinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.