DSMF sədri Zəka Mirzəyev Ucarda rayon sakinlərini qəbul edəcək
11 NOYABR 2026
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 25 noyabr 2026-cı il tarixində saat 11:00-da Ucarda rayon sakinlərini qəbul edəcək.
Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, noyabrın 19-dək Fondun Ucar rayonunda yerləşən qəbul şöbəsinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, dsmf_vqrsbid@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.




