Respublika üzrə iyulun pensiya ödənişi yekunlaşdı
14 IYUL 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.
İyulun 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.