Regional filialların fəaliyyətinə dair iclas keçirilib
Dövlət Sosial Müdafiə Fondunda regional filialların fəaliyyətinə dair iclas keçirilib.
DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişovun iştirak etdiyi iclasda Fondun fəaliyyət istiqamətləri üzrə görülən işlərin operativliyi, şəffaflığı, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər müzakirə olunub.
Regional filialların fəaliyyətinin qiymətləndirilməsi, keyfiyyətə nəzarət edilməsi və təkmilləşdirilməsi, əməkdaşların peşə bacarıqlarının artırılması və onların təlimlərə cəlb olunması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
DSMF sədri regional filiallar ilə mərkəzi filiallar arasında səmərəli əlaqələndirmənin təşkili, regionlarda sosial ödəniş alan şəxslərlə bağlı sosial layihələrin reallaşdırılması, ev təsərrüfatlarının uçotunun aparılmasına dair bir sıra tapşırıqlar verib.
Sonda yeni yaradılmış Regionlarla iş üzrə Mərkəzi Filialın fəaliyyətinə dair əlavə tapşırıqlar verilib.