Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 106 min şəxsə aylıq sosial ödəniş təyin olunub
10 oktyabr 2024
24,1 min şəxsə isə birdəfəlik ödəmə təyinatı aparılıb
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti də onların sosial ödənişlərlə təminatıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan dövrdə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub.
Postmüharibə dövründə həmin kateqoriyalara aid şəxslərə ödənilən müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfəyədək artırılıb.