ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Pensiya yaşına çatmış şəxslərə əlilliyə görə ödəniş” mövzusunda vebinar keçirilib
30 oktyabr 2024

Şotlandiya Sosial Təminat Qurumunun təşkilatçılığı ilə “Pensiya yaşına çatmış şəxslərə əlilliyə görə ödəniş” mövzusunda vebinar keçirilib. 
DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda bu siyasətin əsas məqamları, uyğunluq meyarları və müraciət qaydaları, qulluğa görə müavinətlə pensiya yaşına çatmış şəxslərə əlilliyə görə ödəniş arasındakı əsas fərqlər müzakirə olunub. Eləcə də tələb olunan məlumatlar, ödənişlər, onların nəzərdən keçirilmə dövrləri, qısamüddətli yardım, müalicə olunmayan xəstəliklər üzrə xüsusi qaydalar və təsbit edilmiş ödənişlər ətrafında fikir mübadiləsi aparılıb.