“Pensiya və texnologiyalar” mövzusunda konfrans keçirilib
07 oktyabr 2024
“Pensionrc” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Pensiya və texnologiyalar” mövzusunda onlayn formatda 2-ci beynəlxalq pensiya konfransı keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi konfransda pensiya yığımlarından istifadə edərkən müasir texnologiyalardan faydalanma, davranış texnologiyası siyasətləri, süni zəka, blokçeyn texnologiyası və fintek alətlərin pensiya sənayesində etdiyi çevrilişin mahiyyəti mövzuları müzakirə olunub.