“Özünüməşğul şəxslər üçün real sosial təminat həllərinin araşdırılması” mövzusunda vebinar keçirilib
01 noyabr 2024
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Özünüməşğul şəxslər üçün real sosial təminat həllərinin araşdırılması” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda özünüməşğul şəxslərin müxtəlif kontekstlərdə hərtərəfli və adekvat sosial təminata çıxışını məhdudlaşdıran əsas problemlər, iş dünyasında müşahidə olunan dəyişikliklərin özünüməşğul şəxslərə təsiri müzakirə edilib. Eləcə də özünüməşğul şəxslərin dəyişən ehtiyaclarını ödəmək üçün ən təsirli siyasət və inzibati həllər ətrafında fikir mübadiləsi aparılıb.