ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Onlayn iclas keçirilib
12 oktyabr 2023

Vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin artırılmasına dair onlayn iclas keçirilib

İclasda Dövlət Sosial Müdafiə Fondunun regional filialları və qəbul şöbələrinin fəaliyyətinə nəzər salınıb, vətəndaşlara göstərilən xidmət səviyyəsinin keyfiyyəti qiymətləndirilib.

DSMF sədri Himalay Məmişov regional filial və qəbul şöbələrinə gələn vətəndaşların müraciətlərinə dərhal baxılıb operativ cavablandırlmasının vacibliyini vurğulayıb. Fond sədri eyni zamanda qeyd edib ki, şəffaflıq və operativliyin təmin olunması üçün göstərilən xidmətin səviyyəsi daha da artırılmalı, vətəndaş məmnuniyyəti yüksək səviyyədə təmin olunmalıdır.

İclasda xidmət keyfiyyətinin yüksəldilməsi üçün regional filial və qəbul şöbələrində çalışan əməkdaşların peşə bacarıqlarının artırılmasının vacibliyi də diqqətə çatdırılıb. Xidmətin keyfiyyətinə nəzarət edilməsi, bu sahədə təkmilləşdirmə işlərinin aparılması məsələləri müzakirə olunub.