Avqust ayının müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənildi
25 AVQUST 2026
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.
Bundan əvvəl avqustun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, avqustun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib







