Nazir müavini Qəbələdə vətəndaşları qəbul edib
13 iyun 2023
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov iyunun 13-də Qəbələ rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Qəbul zamanı müraciət edənlər arasında müharibə iştirakçıları da olub.
A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.