Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev regionlarda vətəndaş qəbulunu davam etdirir. Bu dəfə Fond sədri Biləsuvarda rayon sakinləri ilə görüşüb.
Görüşdə vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən ünvanlı dövlət sosial yardımı və pensiya təyinatı, pensiyanın yenidən hesablanması, yaşa görə sosial müavinətdən yaşa görə pensiyaya keçid, ötən dövr üzrə ödənilməmiş pensiya, qulluğa görə, eləcə də əlilliyə görə təyin edilmiş Prezident təqaüdlərinin, ailə başçısını itirməyə görə təyin edilmiş müavinətin birdəfəlik ödənilməsi, ödənilmiş məcburi dövlət sosial sığorta haqqının fərdi hesabında bərkidilməsi kimi məsələlərlə bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün DSMF-nin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.







