Nazir müavini Anar Kərimovun Mingəçevirdə vətəndaş qəbulu
14 IYUL 2023
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov iyulun 25-də Mingəçevir şəhərində həmin şəhərin və Yevlax rayonunun sakinlərini qəbul edəcək.
Vətəndaşlar 14 - 20 iyul tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.