“Müəllimlər Günü” münasibətilə "Düzgün qamət” adlı tədbir keçirilib
12 OKTYABR 2026
“Müəllimlər Günü” münasibətilə yaşa görə əmək pensiyası alan müəllimlər üçün “Sosial dəstək, sağlam gələcək" layihəsi çərçivəsində "Düzgün qamət” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində vertebroloq doktor, professor İradə Hacıyeva tərəfindən “Osteoporoz və osteopetroz” və “Bel, boyun və kürək ağrıları”, DSMF-nin əməkdaşı tərəfindən isə əmək pensiyaları ilə bağlı maarifləndirici seminar keçilib, iştirakçıların sualları cavablandırılıb.
Tədbirin ikinci hissəsində pensiyaçı müəllimlər müayinə olunublar, onlara diaqnoz qoyulub və müvafiq müalicə təyin edilib. Eyni zamanda profilaktik tədbirlərlə bağlı ətraflı məlumat verilib.
Layihə DSMF və "Vertebra" Onurğa Mərkəzinin birgə təşkilatçılığı ilə "Vertebra" Onurğa Mərkəzində reallaşdırılıb.
Digər







