“Çevik sosial xidmətlər üçün süni zəka: ehtiyacların müəyyən edilməsi və sosial dəstəyə çıxışın təmin olunması” mövzusunda beynəlxalq vebinar keçirilib
09 OKTYABR 2026

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkilatçılığı ilə “Çevik sosial xidmətlər üçün süni zəka: ehtiyacların müəyyən edilməsi və sosial dəstəyə çıxışın təmin olunması” mövzusunda beynəlxalq vebinar keçirilib. Vebinarda Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları da iştirak edib.

Tədbirdə sosial xidmətlərdə ehtiyacların və risklərin əvvəlcədən müəyyən edilməsi, sosial xidmətlərə çıxışın təmin edilməsində süni zəkadan səmərəli istifadə, vətəndaş müraciətlərində həssaslığın və şikayətlərin əvvəlcədən aşkarlanması üçün maşın öyrənməsi, böyük dil modelləri və insan nəzarətini birləşdirən “Əks əlaqəni yuxarı səviyyəyə yönləndirmə” modeli müzakirə olunub.

Vebinarda Avstraliyanın Sosial Xidmətlər Qurumunun baş məlumat eksperti və qurumun Telekommunikasiyanın müasirləşdirilməsi, avtomatlaşdırılması və dizaynı şöbəsinin baş meneceri çıxış edərək sualları cavablandırıb.