Müavinətlər üzrə 800 mln. manat, Prezident təqaüdləri üzrə 511 mln. manat ödənilib
09 oktyabr 2024
Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 496 min nəfərə sosial müavinət, 400 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 800 mln. manat, Prezident təqaüdləri üzrə 511 mln. manat ödənilib.
Cari ilin 9 ayında 113 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 683 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.