“Mənim yay tətilim” layihəsi çərçivəsində ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin uşaqları üçün əyləncə proqramı həyata keçirilib.
İştirakçılar üçün master-klas təşkil olunub və onlar yaradıcılıq fəaliyyətinə cəlb ediliblər. Uşaqlar həm yeni bacarıqlar qazanıb, həm də əyləncəli vaxt keçiriblər.
Daha sonra onlar üçün nahar təşkil edilib, iştirakçılara “Happyland” uşaq əyləncə mərkəzində müxtəlif attraksionlardan ödənişsiz istifadə etmək imkanı yaradılıb.
Tədbirin sonunda bütün iştirakçılara hədiyyələr təqdim olunub.
Layihənin məqsədi ÜDSY alan ailələrin uşaqlarının yay tətilini maraqlı və yaddaqalan etməkdir.
Layihə Dövlət Sosial Müdafiə Fondu və “Masterclass Azerbaijan”ın birgə təşəbbüsü, “TOYS Baku”, “Happyland” və “Böyük Fırat” restoranının dəstəyi ilə reallaşdırılıb.







