“Məktəbli çantası – 2026” layihəsi çərçivəsində növbəti dəfə uşaqlara məktəb ləvazimatları hədiyyə olunub
15 SENTYABR 2026

 

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilən “Məktəbli çantası – 2026” layihəsi çərçivəsində Bakı şəhərində yaşayan, ünvanlı dövlət sosial yardımı alan ailələrin 2026–2027-ci tədris ilində birinci sinfə gedən 50 övladına məktəb çantası və zəruri dərs ləvazimatları hədiyyə olunub.

Layihənin məqsədi aztəminatlı ailələrə sosial dəstək göstərmək, onların birinci sinfə gedən övladlarının yeni tədris ilinə hazırlığına töhfə vermək və birinciləri təlim-tədris prosesinə həvəsləndirməkdir.

Tədbir çərçivəsində uşaqlar üçün nahar təşkil olunub, onların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsi təmin edilib.

Layihə DSMF və “Papa Johns Azərbaycan” restoranlar şəbəkəsinin əməkdaşlığı ilə həyata keçirilib.